Türkiyədə keçmiş MİT əməkdaşının ölümünə görə jurnalist həbs edilib

Türkiyədə keçmiş MİT əməkdaşının ölümünə görə jurnalist həbs edilib

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) keçmiş əməkdaşı Kaşif Kozinoğlunun 2011-ci ildə həbsxanada şübhəli ölümü ilə bağlı saxlanılan 3 nəfərdən biri, jurnalist Osman Arslan həbs edilib, iki nəfər isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

“Ergenekon işi”ndə həbsdə olduğu müddətdə, 2011-ci ildə Silivridəki həbsxanada həyatını itirən keçmiş MİT əməkdaşı Kozinoğlunun ölümü ilə bağlı dosye genişlənir.

İstintaq çərçivəsində son olaraq İstanbul və Təkirdağda 4 şübhəliyə qarşı əməliyyat keçirilib. Əməliyyatda keçmiş jurnalist Osman Arslan, təcili yardım sürücüsü Süleyman Kaba, o dövrün həbsxana müdiri Ömer Vatan və o dövrün növbə rəisi Kazım Beyke saxlanılıb.

Təcili yardım sürücüsü mövcud dəlil vəziyyəti nəzərə alınaraq polis idarəsindəki ifadəsindən sonra sərbəst buraxılıb. Saxlanılan Osman Arslan, Ömer Vatan və Kazım Beyke bu gün prokurorluğa göndərilib.

Report.