Türkiyədə iş yerinə atəş açılıb, 5 nəfər həbs edilib

Türkiyədə iş yerinə atəş açılıb, 5 nəfər həbs edilib

Türkiyənin Ankara şəhərinin Çankaya rayonunda iş yerlərindən birinə silahla atəş açılması hadisəsinə görə 5 şübhəli həbs edilib.

Bu barədə Ankara Təhlükəsizlik İdarəsinin Mütəşəkkil Cinayətlərlə Mübarizə Şöbəsi məlumat yayıb.

Məlumata görə, araşdırmalar zamanı şübhəlilərdən birinin silahla iş yerinə atəş açdığı anları videoya çəkdiyi müəyyən olunub.

Report.