Türkiyədə iki avtomobil toqquşub, ölən və yaralananlar var

Türkiyədə iki avtomobil toqquşub, ölən və yaralananlar var

Türkiyənin Çorum şəhərinin Alaca rayonunda iki avtomobilin toqquşması nəticəsində 4 nəfər ölüb, 2 nəfər yaralanıb.

Avtomobillər Çorum-Yozqat avtomobil yolunun Koçhisar su anbarı yaxınlığında toqquşub.

Qəzada sürücü və eyni avtomobildə olan 3 nəfər həyatını itirib. Digər avtomobildəki iki nəfər xəsarət alıb.

Məlumat əsasında qəza yerinə jandarm və tibb qrupları göndərilib. Yaralılar tibb qrupları tərəfindən edilən ilkin müdaxilədən sonra təcili yardım maşını ilə Alaca Dövlət Xəstəxanasına çatdırılıb.

Report.