Türkiyədə FETÖ üzvü olmaqda təqsirli bilinən ehtiyatda olan polkovnik saxlanılıb

Türkiyədə FETÖ üzvü olmaqda təqsirli bilinən ehtiyatda olan polkovnik saxlanılıb

Türkiyənin Kocaeli vilayətində FETÖ-yə üzv olmaq ittihamı ilə barəsində həbs cəzası qüvvəyə minmiş ehtiyatda olan polkovnik saxlanılıb.

Bu barədə “TRT Haber” məlumat yayıb.

Məlumata görə, axtarışda olan şəxslərin saxlanılması istiqamətində keçirilən əməliyyat zamanı FETÖ-yə üzv olmaqda təqsirli bilinən və barəsində 6 il 3 ay müddətinə azadlıqdan məhrumetmə hökmü çıxarılmış şəxsin Gölcük rayonunda olduğu müəyyən edilib.

Report.