Türkiyədə fermada 15 işçi qazdan zəhərlənib

Türkiyədə fermada 15 işçi qazdan zəhərlənib

Türkiyənin Sakarya vilayətinin Kaynarca rayonunda toyuq fermasında təmir işləri zamanı 15 işçi qazdan nəticəsində zəhərlənib.

Məlumata görə, hadisə təmir qrupunun işlədiyi vaxt baş verib. İşçilərin soyutma sistemində istifadə edilən ammonyak qazı anbarının borusunda sızma nəticəsində zərər çəkdiyi ehtimal olunur. Onlar Kaynarca Dövlət Xəstəxanasına müraciət ediblər.

Report.