Türkiyədə deputat bıçaqlanıb

Türkiyədə deputat bıçaqlanıb

Türkiyənin “Yeni Partiyası”nın (YENİ Parti) üzvü, Qaziantepdən seçilən deputat Melih Meriç bıçaqlı hücuma məruz qalaraq yaralanıb.

Məlumata görə, hadisə Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) Oğuzeli rayon təşkilatının keçmiş sədri Seydi Ahmet Keleş tərəfindən törədilib.

Hücum nəticəsində xəsarət alan M. Meriç xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Report.