Türkiyədə cinayətkar qruplaşmaya qarşı əməliyyat keçirilib, 11 nəfər saxlanılıb

Türkiyədə cinayətkar qruplaşmaya qarşı əməliyyat keçirilib, 11 nəfər saxlanılıb

Türkiyənin Bursa, Kocaeli, Mersin və Osmaniye vilayətlərində polisin keçirdiyi əməliyyat zamanı cinayətkar qruplaşmanın 11 üzvü saxlanılıb.

Bu barədə “Haber Global” məlumat yayıb.

Məlumata görə, Bursa Polis İdarəsinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları araşdırma zamanı şübhəlilərin bir evə iki dəfə silahlı hücum təşkil etdikləri müəyyən olunub. Həmçinin onlarn xaricdə həbsdə olan qruplaşma liderinin göstərişi ilə hərəkət etdiyi vurğulanıb.

Report.