Türkiyədə cinayətkar qruplaşmalara qarşı əməliyyat zamanı 73 şübhəli həbs edilib

Türkiyənin Adana şəhəri və 11 vilayətində silahlı cinayətkar qruplaşmalara qarşı keçirilən əməliyyat nəticəsində 73 nəfər həbs edilib.

Əməliyyat Adana Baş Prokurorluğunun koordinasiyası ilə həyata keçirilib.

Araşdırmalar nəticəsində cinayət törətmək məqsədilə təşkilat yaratma, qəsdən adam öldürməyə cəhd, qəsdən sağlamlığa zərər vurma, narkotik vasitələrin qanunsuz dövriyyəsi, silahlı hədə-qorxu, əmlaka zərər vurma və quldurluq daxil olmaqla 106 şübhəli müəyyən edilib. Şübhəlilərdən 73-ü barəsində həbs qətimkan tədbiri seçilib. Digər 33 nəfər isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Əməliyyat-axtarış zamanı 14 qeydiyyatsız tapança, 4 qeydiyyatsız ov tüfəngi, 402 patron, 390 çətənə bitkisi, 1 403 ədəd narkotik tərkibli həb, 479,67 qram marixuana, 1,29 qram kokain, 347,3 qram bonzai, 3,2 qram amfetamin götürülüb.

Report.