Türkiyədə ağır yol qəzasında 3 nəfər ölüb, 4 nəfər yaralanıb

Türkiyənin Ankara vilayətinin Polatlı rayonunda iki minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb.

Hadisə yerinə təcili tibbi yardım, yanğınsöndürmə və jandarm qüvvələri cəlb olunub.

Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Report.