Türkiyədə 50 nəfər toy mərasimində qidadan zəhərlənib

Türkiyədə 50 nəfər toy mərasimində qidadan zəhərlənib

Türkiyənin Çorum vilayətinin eyniadlı şəhərində onlarla insan qidadan zəhərlənib.

Məlumata görə, hadisə şəhər mərkəzindəki bir toy mərasimində baş verib. Mərasimdə iştirak edən çoxsaylı qonaqlar qidadan xəstələniblər. Ürəkbulanma, qusma və qarın ağrısı əlamətlərinin müşahidə olunduğu qonaqlar xəstəxanalara çatdırılıblar.

Report.