Türkiyədə 2027-2029-cu illər üzrə Dövlət İnvestisiya Proqramının hazırlıqlarına başlanılıb

Türkiyədə 2027-2029-cu illər üzrə Dövlət İnvestisiya Proqramının hazırlıqlarına başlanılıb

Türkiyədə 2027-2029-cu illər dövrü Dövlət İnvestisiya Proqramının hazırlanmasına dair sirkulyar (rəsmi məktub) dərc olunub.

Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə yayımlanan sənəddə makroiqtisadi sabitliyin qorunması, inflyasiyanın azaldılması, dövlət maliyyə tarazlığının və maliyyə intizamının gücləndirilməsi əsas prioritetlər kimi göstərilib.

Qeyd olunub ki, dövlət investisiyalarında qənaət tədbirlərinə üstünlük veriləcək, davam edən və ən qısa müddətdə tamamlanması mümkün olan layihələr önə çəkiləcək.

Sirkulyara əsasən, zəruri hallar istisna olmaqla, 2027-ci il Dövlət İnvestisiya Proqramına yeni layihələrin daxil edilməməsi nəzərdə tutulur. Mövcud dövlət əsas kapitalından daha səmərəli istifadə məqsədilə texniki xidmət və təmir işlərinə də üstünlük veriləcək.

Report.