Türkiyədə 115 nöqtədəki yanğından 110-u nəzarət altına alınıb

Türkiyədə 115 nöqtədəki yanğından 110-u nəzarət altına alınıb

Türkiyədə 115 nöqtədəki yanğının 110-u tamamilə nəzarət altına alınıb.

Bunu Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı iyulun 29-dan başlayan meşə yanğınları ilə bağlı son vəziyyətdən danışarkən bildirib.

Onun sözlərinə görə, Balıkesir – Edremit, Çanakkale – Ayvacık, Antalya – Kumlucadakı meşə yanğınları da nəzarət altına alınıb.

Nazir qeyd edib ki, iyulun 29-dan Türkiyədə 69-u meşə xarici olmaqla 115 yanğına müdaxilə olunub, 110-u tamamilə nəzarət altına alınıb.

Report.