Türkiyə sahillərində miqrant qayıgı batıb, ölən və itkin düşənlər var

Türkiyə sahillərində miqrant qayıgı batıb, ölən və itkin düşənlər var

Türkiyənin Muğla vilayətinin Mərmərə dənizi sahillərində qanunsuz miqrantları daşıyan qayıq batıb, nəticədə 1 nəfər ölüb, daha 2 nəfər itkin düşüb.

Məlumata görə, hadisə saat 20:50 radələrində baş verib. Sahil mühafizəsinin əməkdaşları əraziyə göndərilib, 15 qanunsuz miqrant xilas edilib.

İtkin düşmüş iki miqrantı tapmaq üçün ərazidə axtarış-xilasetmə əməliyyatlarını davam etdirilir. Qanunsuz miqrantların hansı ölkənin vətəndaşları olduqları açıqlanmır.

Report.