Türkiyə Moskva və Vaşinqton arasındakı müqavilə çərçivəsində Rusiyanın qlobal bazarlara tədarük etdiyi dizel yanacağının bir hissəsini alacaq.
Türkiyənin energetika naziri Alparslan Bayraktar bu barədə “Haber 7” telekanalında bildirib.
O, bu müqavilənin ölkənin enerji təhlükəsizliyi üçün çox vacib olduğunu vurğulayıb.
“Rusiya son aylar bu problemlə qarşılaşmağa başlayanda dizel yanacağı ixracına məhdudiyyətlər qoyub. İndi onlar (ABŞ Prezidenti Donald) Trampla dizel yanacağı ilə bağlı razılığa gəliblər. Danışıqlarımızın yekunu olaraq dizel yanacağının bir hissəsini Türkiyəyə aparacağıq”, – A.Bayraktar bildirib.
O, tədarüklərin həcmi və ya vaxtı ilə bağlı ətraflı məlumat verməyib.
Report.