Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasında Cənubi Qafqazdakı vəziyyət də müzakirə olunacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının (MTŞ) avqustun 6-da keçiriləcək toplantısında Cənubi Qafqazdakı vəziyyət də müzakirə ediləcək.

Bu barədə “TRT Haber” məlumat yayıb.

Qeyd olunub ki, toplantıda Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim edilən “Terrorsuz Türkiyə haqqında” qanun layihəsi ilə yanaşı, keçmiş PKK terror təşkilatının tərksilah prosesindəki son vəziyyət və ərazidən gələn kəşfiyyat hesabatları da müzakirəyə çıxarılacaq.

Bildirilib ki, MTŞ-də terrorla mübarizə çərçivəsində görülən tədbirlərdən başqa regional və beynəlxalq təhlükəsizlik məsələləri də nəzərdən keçiriləcək.

Report.