Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada iraqlı həmkarı Fuad Hüseynlə görüş keçirib.
H. Fidan bu barədə “X” sosial şəbəkə hesabında paylaşım edib.
O qeyd edib ki, görüşdə enerji, ticarət, nəqliyyat və təhlükəsizlik sahələrində çoxtərəfli əməkdaşlıq, eləcə də birgə layihələrin icrası müzakirə olunub.
H. Fidan bildirib ki, Türkiyə və İraq xalqların rifahı və təhlükəsizliyinə töhfə verəcək layihələri həyata keçirməyə davam edir.
Tərəflər görüşdə həmçinin regional və beynəlxalq gündəmdəki son proseslər ətrafında da fikir mübadiləsi aparıblar.
Report.