Türkiyə 4 ay ərzində Baltik hava məkanının təhlükəsizliyini qoruyacaq

NATO Təkmilləşdirilmiş Hava Polisliyi vəzifəsi çərçivəsində Türkiyənin kontingenti 2026-cı ilin 1 avqust-30 noyabr tarixləri arasında Estoniyadakı Amari Hava Bazasında fəaliyyət göstərəcək.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin həftəlik icmalla bağlı açıqlamasında bildirilib.

Məlumata görə, kontinentin 5 ədəd F-16 təyyarəsi ilə Estoniyaya dislokasiyası artıq tamamlanıb.

“Türkiyə birlikləri vəzifə müddətində NATO-nun müştərək hava müdafiə fəaliyyətləri çərçivəsində Baltik hava məkanının təhlükəsizliyinə töhfə verəcək, 7 gün 24 saat əsasına görə həyəcan reaksiya vəzifəsi icra edərək NATO hava məkanının təhlükəsizliyinin təmininə dəstək verəcəkdir.

Report.