Rusiyanın Tümen vilayətinin üç bələdiyyəsində daşqın nəticəsində 130-dan çox yaşayış evini və 2 minə yaxın həyətyanı və bağ sahəsini su basıb.
Bu barədə vilayətin qubernatoru Aleksandr Moor məlumat verib.
“Üç bələdiyyədə 133 yaşayış evini, 1 964 həyətyanı və bağ sahəsini su basıb. 64 nəfər, o cümlədən 9 uşaq təxliyə edilib. Onlardan 41 nəfəri müvəqqəti yerləşdirmə məntəqələrinə yerləşdirilib”, – o bildirib.
Report.