“Beynəlxalq Sülh və Rifah naminə Tramp marşrutu” (TRIPP) layihəsi onun həyata keçirilməsi çərçivəsində xarici hərbi mövcudluğu nəzərdə tutmur”.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə hökumətin 2026-2031-ci illər üzrə proqramını təqdim edərkən bildirib.
“Layihə Ermənistanın ərazi bütövlüyü, suverenliyi, yurisdiksiyası çərçivəsində həyata keçiriləcək. Xüsusilə vurğulamaq istəyirəm ki, layihə xarici hərbi və ya silahlı mövcudluğu nəzərdə tutmur”, – deyə Paşinyan bildirib.
Qafqazinfo.