“Trendyol” “CEV EuroVolley 2026” Avropa çempionatının titul sponsorudur

“Trendyol” “CEV EuroVolley 2026” Avropa çempionatının titul sponsorudur

Avropa Voleybol Konfederasiyası (CEV) ilə “Trendyol” arasında imzalanmış müqaviləyə əsasən, 21 avqustda start götürəcək “CEV EuroVolley 2026” qadın voleybolçular arasında Avropa çempionatı rəsmi olaraq “CEV Trendyol EuroVolley 2026 Women” (CEV Trendyol EuroVolley 2026 qadın voleybolçular arasında Avropa çempionatı) adlandırılacaq.

2022-ci ildən etibarən Türkiyənin milli voleybol komandalarının baş sponsoru olan “Trendyol” qitənin milli komandalar arasında keçirilən ən böyük turnirinə dəstəyini titul sponsoru kimi genişləndirir.

Turnir Türkiyə, Çexiya, Azərbaycan və İsveçdə keçiriləcək. “Trendyol” həmçinin İstanbulda keçiriləcək oyunlar çərçivəsində azarkeşlər üçün nəzərdə tutulmuş xüsusi təşəbbüslər vasitəsilə texnologiya və idmanı bir araya gətirəcək.

Dünyanın aparıcı e-ticarət platformalarından biri olan “Trendyol” “CEV EuroVolley 2026” qadın voleybolçular arasında Avropa çempionatının titul sponsoru olub.

Çempionat rəsmi olaraq “CEV Trendyol EuroVolley 2026 Women” adlandırılacaq. 2009-cu ildən bu günə qədər ilk dəfə baş tutan titul sponsorluğu Türkiyə, Çexiya, Azərbaycan və İsveçdə keçiriləcək bütün turniri əhatə edəcək.

“Bu tərəfdaşlıq əsas yarışlarımızın artan populyarlığını bir daha nümayiş etdirir. Turnirə ev sahibliyi edən dörd ölkədə möhtəşəm voleybol bayramının keçirilməsi üçün bizim və yerli təşkilatçıların səylərinə qoşulmağa hazır olduğuna görə ‘’Trendyol’’a təşəkkürümüzü bildiririk. Turnirə maraq hər gün artır və əminəm ki, biz birlikdə ‘’EuroVolley’’in və qadın voleybolunun nüfuzunu növbəti səviyyəyə yüksəldə biləcəyik” – CEV-in prezidenti Roko Sikiriç bildirib.

‘”CEV Trendyol EuroVolley 2026 Women’’ turnirinə titul sponsorluğumuz vasitəsilə Türkiyə voleyboluna uzun illərdir göstərdiyimiz dəstəyi beynəlxalq səviyyəyə çıxarırıq. Türkiyənin bu möhtəşəm yarışa ev sahibliyi etdiyi bir vaxtda milli komandamızın və Türkiyə voleybolunun yanında olacağıq, eyni zamanda texnologiya və idmanı bir araya gətirərək azarkeşlərə turnirin həyəcanını yaşamaq üçün yeni imkanlar təqdim edəcəyik” – “Trendyol” Qrupunun prezidenti Çağlayan Çetin bildirib.

Qafqazinfo.