Traktorla toqquşan “KİA” alışdı – 5 nəfər yanaraq öldü

Traktorla toqquşan “KİA” alışdı  – 5 nəfər yanaraq öldü

Zərdabda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Zərdab-Ağcabədi avtomobil yolunda olub.

Belə ki, “KİA” markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb.

Hadisə nəticəsində 5 nəfər yanaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev

Qafqazinfo.