Toydan geri dönərkən maşın vurub öldürdü

Toydan geri dönərkən maşın vurub öldürdü

Biləsuvar rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Biləsuvar şəhərində, Heydər Əliyev prospektində olub.

Belə ki, 1981-ci il təvəllüdlü Cabbarov Elçin Yaşar oğlu yolu keçərkən onu maşın vurub. O, aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində ölüb.

Qeyd edək ki, E.Cabbarov hadisə baş verən yerin yaxınlığında yerləşən şadlıq evində toy məclisindən geri dönərkən qəzanın qurbanı olub.

Surxay Şahbazov

Qafqazinfo.