Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan Türkiyənin Elektrik Enerjisinin Ötürülməsi Təşkilatının (TEİAŞ) baş direktoru Mustafa Pustunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə Xudatyan özünün “Facebook” səhifəsində yazıb.
“Biz Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması prosesi çərçivəsində Gümrü-Qars elektrik ötürücü xəttinin bərpası və işə salınması istiqamətində aparılan işlərə toxunduq”, – paylaşımda bildirilib.
Onun sözlərinə görə, tərəflər həm ikitərəfli, həm də regional əməkdaşlıq kontekstində Ermənistan və Türkiyənin enerji sistemlərinin birləşdirilməsinin vacibliyini vurğulayıblar.
Report.