Tovuzda zəncirvari qəza – Ölən var

Tovuzda zəncirvari qəza  – Ölən var

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Aşağı Quşçu kəndində olub.

Belə ki, “KIA” markalı avtomobil ilə “Mercedes” markalı avtomobil toqquşub. Nəticədə “Mercedes” markalı avtomobil yol kənarında dayanan “VAZ-2106” və “Opel” markalı avtomobillərə çırpılıb.

İlkin məlumata görə, “Mercedes” markalı avtomobilin sürücüsü dünyasını dəyişib.

Yunis Quliyev


Qafqazinfo.