Tovuzda su kanalında iki meyit aşkarlanıb

Tovuz rayonunda Xatınlı avtomobil yolununun kənarında yerləşən su kanalında iki kişi meyiti aşkar edilib.

Meyitlərdən biri “VAZ 2107” markalı avtomobildə sıxılmış vəziyyətdə, digəri isə nəqliyyat vasitəsindən təxminən 100 metr kənarda olub.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən avtomobildə sıxılmış vəziyyətdə qalan meyit avtomobildən çıxarılıb.

Report.