Tovuzda qadın boğazından bıçaqlandı – Şübhəli əridir

Tovuzda qadın boğazından bıçaqlandı  – Şübhəli əridir

Tovuzda bıçaqlanma hadisəsi olub.

2006-cı il təvəllüdlü Rufanə Nəbiyeva boğaz nahiyəsindən bıçaqlanıb.

O, ağır xəsarətlərlə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

İnsidenti törətməkdə onun həyat yoldaşı Nəbi Nəbiyev şübhəli bilinir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma başlanılıb.

Yunis Quliyev

Qafqazinfo.