Tovuzda maşınlar toqquşdu – Xəsarət alan var

Tovuzda maşınlar toqquşdu  – Xəsarət alan var

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə zamanı rayonun Heydər Əliyev prospektində olub.

Belə ki, “Kia” markalı avtomobil ilə “VAZ-2106” markalı avtomobil toqquşub.

Hadisə zamanı “VAZ-2106” markalı avtomobildə olan qadın xəsarət alaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Yunis Quliyev

Qafqazinfo.