Tovuzda iki kişinin meyiti aşkarlandı – Biri maşında, biri arxda…

Tovuzda iki kişinin meyiti aşkarlandı  – Biri maşında, biri arxda…

Tovuz rayonunda iki kişinin meyiti aşkarlanıb.

Meyitlər rayonun Xatınlı avtomobil yolunda müəyyən edilib.

Ərazidə aparılan ilkin araşdırma zamanı meyitlərdən biri “VAZ-2107” markalı avtomobilin içərisində sıxılmış vəziyyətdə, digəri isə avtomobildən təxminən 100 metr aralıda aşkar edilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub. Avtomobildə sıxılmış vəziyyətdə qalan meyit FHN əməkdaşlarının köməyilə çıxarılıb.

Məlumata görə, meyitlərdən biri Xatınlı kənd sakini Səid Həziyevə, digəri isə “VAZ-2107” markalı avtomobilin sürücüsü, 1986-cı il təvəllüdlü Arzu Müseyibova məxsusdur. S.Həziyevin ruhi xəstə olduğu bildirilir.

İlkin ehtimala görə, avtomobil idarəetmədən çıxaraq yol kənarındakı su arxına düşüb. Hadisənin dəqiq səbəbləri araşdırılır.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma başlanılıb.

Yunis Quliyev

Qafqazinfo.