Tom Barrak: Türkiyə ilə ABŞ arasındakı ittifaq heç vaxt indiki qədər güclü olmayıb

Tom Barrak: Türkiyə ilə ABŞ arasındakı ittifaq heç vaxt indiki qədər güclü olmayıb

Türkiyə ilə Amerika Birləşmiş Ştatları (ABŞ) arasındakı ittifaq heç vaxt indiki qədər güclü olmayıb.

Bunu ABŞ-nin Suriya üzrə xüsusi nümayəndəsi və Ankaradakı səfiri Tom Barrak Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşünə dair “X” sosial şəbəkəsində etdiyi paylaşımda yazıb.

“Bu il Amerikanın 250-ci ildönümünü qeyd etdiyimiz və Türkiyə ilə Birləşmiş Ştatlar arasında diplomatik münasibətlərin bir əsrinə doğru irəlilədiyimiz bir vaxtda: bu ittifaq heç vaxt indiki qədər güclü olmayıb.

Türkiyə və ABŞ-ni dərin bağlar birləşdirir – NATO müttəfiqləri, iqtisadi tərəfdaşlar və onilliklər boyu davam edən ortaq tarix ərzində birlikdə olmuş dostlar kimi”, – Barrak qeyd edib.

Report.