Tolqahan Bəxtiyar: Türkiyə ağıllı kənd təsərrüfatını genişləndirir

Türkiyə ağıllı kənd təsərrüfatını genişləndirir.

Bunu Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Beynəlxalq Təşkilatlar Departamentinin rəhbəri Tolqahan Bəxtiyar “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində keçirilən “Rəqəmsal transformasiya və süni intellekt: İqlimə davamlı kənd təsərrüfatının qurulması” mövzusundakı panel sessiyada deyib.

Onun sözlərinə görə, bu gün Türkiyə diqqətini statistik məlumatlara əsaslanan modellərə və fermerlərin potensialının artırılmasına yönəldib:

“İqlimə uyğunlaşma tamamilə ilkin məlumatların sürəti və keyfiyyətindən asılı olduğu üçün peyk təsvirlərini, hava şəraiti, torpaq məlumatlarını və fermer qeydlərini toplayırıq. Fəlakətlər baş verməzdən əvvəl fəsadları azaltmağa çalışırıq”.

O deyib ki, məhsulların monitorinqi, quraqlığın qiymətləndirilməsi, xəstəliklərin aşkarlanması üçün süni intellektdən istifadə edirilir.

Tolqahan Bəxtiyar əlavə edib ki, bu işlər rəqəmsal transformasiya tələb edir və bir ölkə bunu təkbaşına edə bilməz.

Report.