Tokayev: Qurultaya seçkilər uğurla və qüsursuz təşkil olunub

Tokayev: Qurultaya seçkilər uğurla və qüsursuz təşkil olunub

Qurultaya (parlament) seçkilər uğurla və qüsursuz təşkil olunub.

Bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev beynəlxalq olimpiadaların qalibləri – məktəbli və tələbələrlə görüşündə bildirib.

“Vahid bir ölkə və xalq olaraq birləşərək genişmiqyaslı islahatlar həyata keçirdik. Yeni Konstitusiya qəbul edildi. Ölkəmizin əsas sənədində elm, təhsil və innovasiyalara üstünlük verilib. Ən əsası, yeni Konstitusiya gələcək nəsillərin rifahı naminə hazırlanıb. Elə dünən tariximizdə ilk dəfə olaraq Qurultaya seçkilər keçirildi. Bu seçkilər uğurla və qüsursuz təşkil olunub”, – Tokayev deyib.