Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin yeni birpalatalı parlamentinə – Qurultaya keçirilən seçkilərin böyük işin başlanğıcı olduğunu bildirib.
Bu barədə Qazaxıstan Prezidenti Astanadakı Müstəqillik Sarayında yerləşən seçki məntəqəsində səs verdikdən sonra jurnalistlərə açıqlamasında bildirib.
Tokayev Qazaxıstanın mühüm nəticələr əldə etdiyini qeyd edib: “Bununla yanaşı, qarşıda hələ böyük işlər dayanır və qarşımıza qoyduğumuz məqsədlər xüsusi əhəmiyyət daşıyır. Bugünkü seçkilər bu böyük işin yalnız başlanğıcıdır”.
Qazaxıstan Prezidenti seçkiləri ölkə üçün tarixi gün adlandırıb: “Şübhəsiz ki, bu gün ölkəmiz üçün həqiqətən tarixi gündür. İlk dəfə olaraq birpalatalı Qurultaya seçkilər keçiririk. Bu, mühüm tarixi hadisədir. Vahid millət kimi birləşərək genişmiqyaslı islahatlar həyata keçiririk.