Tokayev: Qazaxıstan TDT çərçivəsində əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir

Tokayev: Qazaxıstan TDT çərçivəsində əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir

Qazaxıstan Türk Dövlətləri Təşkilatı (TDT) ilə hərtərəfli qarşılıqlı fəaliyyətin dərinləşdirilməsinə böyük əhəmiyyət verir.

Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev TDT ölkələrinin Daxili İşlər Nazirləri Şurasının iclası ərəfəsində keçirilən Türk ölkələrinin hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüşündə bildirib.

“Türk Dövlətləri Təşkilatı dostluğumuzun möhkəmlənməsinə böyük töhfə verir. Qazaxıstan bu nüfuzlu qurumla hərtərəfli qarşılıqlı fəaliyyətin dərinləşdirilməsinə böyük əhəmiyyət verir. Təşkilatın iştirakçı dövlətləri müxtəlif sahələrdə, o cümlədən güc strukturları arasında qarşılıqlı əlaqələri genişləndirirlər. Bu baxımdan daxili işlər nazirlərinin görüşü xüsusi əhəmiyyət kəsb edir”, – K.Tokayev bildirib.

Report.