Sayat İsanov Qazaxıstan Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin komandanı təyin edilib.
Müvafiq sərəncamı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev imzalayıb.
“Dövlət başçısının sərəncamı ilə İsanov Sayat Serikkazıyeviç Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin komandanı təyin edilib”, – məlumatda bildirilib.