Tokayev deputat mandatı qazanan rəsmiləri vəzifələrindən uzaqlaşdırıb

Tokayev deputat mandatı qazanan rəsmiləri vəzifələrindən uzaqlaşdırıb

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Ədilet” partiyasından qurultaya (birpalatalı parlament) deputat mandatı qazanmış bir sıra dövlət qulluqçularının vəzifələrindən azad edilməsi haqqında fərman və sərəncamlar imzalayıb.

Belə ki, dövlət başçısının sərəncamı ilə Darxan Axmediyev müdafiə nazirinin müavini, Yerbol Adayev prezident administrasiyasının ümumi şöbəsinin müdiri; Altay Abay prezidentin işlər müdirinin müavini vəzifəsindən azad edilib.

Bundan başqa, Nazirlər Kabinetinin qərarı ilə Sunqat Yesimxanov energetika nazirinin müavini vəzifəsindən azad edilib.

Həmçinin K.Tokayevin fərmanı ilə Satıbaldı Burşakov Qazaxıstanın Şimali Makedoniyadakı səfiri vəzifəsindən geri çağırılıb.