“Tofaş” və “BMW” toqquşdu – Ölən var

“Tofaş” və “BMW” toqquşdu  – Ölən var</b>

Zaqatala şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Şəhərin girişində “Tofaş” və “BMW” markalı avtomobillər toqquşub.

Nəticədə “Tofaş”ın 41 yaşlı sürücüsü Orxan Orucov və BMW-nin 30 yaşlı sürücüsü Əhməd Camalov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Vəziyyəti ağır olan O.Orucov xəstəxanada vəfat edib.

Faktla bağlı cinayət işi başlanılıb.

Qafqazinfo.