Beyləqan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Qəza Bakı–Beyləqan avtomobil yolunun rayonun Qaradağlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “MAN” markalı TIR “Hyundai” markalı minik avtomobili ilə toqquşub.
Qəza nəticəsində “Hyundai” markalı avtomobilin sürücüsü, 1978-ci il təvəllüdlü Məmmədov Əlzamin Saday oğlu hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Ziya Əmirxanlı
Qafqazinfo.