Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Məhkəmə Antropologiyası Şöbəsinin yaradılması nəzərdə tutulur.
Bunu Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov “İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, 1993-cü ildən sonra Birinci Qarabağ Müharibəsi dövründə itkin düşmüş və ya qətlə yetirilmiş vətəndaşların kütləvi məzarlıqlarının aşkarlanması və onların şəxsiyyətlərinin identifikasiyası işlərinə başlanılması imkanları əldə edilib:
“Bütün bu işlər 2021-ci ildən etibarən ərazilər işğaldan azad olunduqdan və minalardan təmizləndikdən sonra Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının koordinasiyası və rəhbərliyi ilə aidiyyəti qurumların nümayəndələrindən ibarət heyət tərəfindən həyata keçirilməkdədir”.
O vurğulayıb ki, bu işlərdə Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi də iştirak edir: