Tərtərdə maşın iki qadını vurub öldürdü

Tərtərdə maşın iki qadını vurub öldürdü

Tərtər rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, hadisə rayonun Hüsənli kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik avtomobili yolu piyada keçən iki qadını vurub. Nəticədə hər iki qadın hadisə yerində ölüb.

Faktla bağlı araşdırma başlanıb.

Ziya Əmirxanlı

Qafqazinfo.