Tərtərdə istixana işçisi güllələndi

Tərtərdə istixana işçisi güllələndi

Şəmkir sakini Tərtərdə tüfəngdən açılan atəş nəticəsində yaralanıb.

Hadisə rayonun Söylən kəndində baş verib.

1974-cü il təvəllüdlü Məzahir Yusifov kənd ərazisində istixanada iş yoldaşı ilə mübahisə edib.

Mübahisə zamanı həmin şəxs tüfəngdən M.Yusifova atəş açıb. Nəticədə o, hər iki ayağından xəsarət alıb.

Yaralı şəxs Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı

Qafqazinfo.