Tərtərdə avtomobil piyadanı vuraraq öldürüb

Tərtərdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bayandurlu kəndində qeydə alınıb.

Belə ki, rayon sakini Tural Nəbiyevun idarə etdiyi avtomobil 1971-ci il təvəllüdlü Qəribxan Əliyevi vurub. Ağır xəsarət alan şəxs hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Report.