İranın paytaxtı Tehranın Pərvin bulvarında qaz balonunun partlaması nəticəsində 6 nəfər yaralanıb.
Hadisə iyunun 26-sı axşam saatlarında baş verib.
“Yerli vaxtla saat 22:30 radələrində Tehran əyalətinin təcili tibbi yardım mərkəzinə partlayış barədə məlumat daxil olub. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib”, – məlumatda bildirilib.
Report.