Türkiyə Böyük Millət Məclisində (TBMM) “Milli həmrəylik və ictimai inteqrasiyanın gücləndirilməsinə dair” qanun layihəsi qəbul edilib.
Bu barədə “TRT Haber” məlumat yayıb.
Qanun layihəsinin lehinə 468, əleyhinə 88 deputat səs verib, 6 nəfər tərəfsiz qalıb.
Bildirilib ki, qanun layihəsinin qəbul edilməsi “Terrorsuz Türkiyə” prosesi çərçivəsində atılan mühüm addımlardan biri hesab olunur. Belə ki, yeni qanunla könüllü təslim olan PKK terror təşkilatı mənsublarının hüquqi statusuna yenidən baxılır.
Report.