Tatarıstanda neft-kimya zavodunda yanğın baş verib

Tatarıstanda neft-kimya zavodunda yanğın baş verib

Tatarıstanda (“SİBUR” neft-qaz-kimya holdinqinə daxil olan) “Nijnekamskneftexim” ASC-nin ərazisində yanğın baş verib,

Bu barədə holdinqin mətbuat xidməti məlumat yayıb.

“İşə çevik reaksiya xidmətləri cəlb olunub. İnsanların həyatı və sağlamlığı üçün təhlükə yoxdur”, – məlumatda deyilir.

Bakı vaxtı ilə saat 23:16-ya olan vəziyyətə görə yanğın ocağı lokallaşdırılıb.

“Akkreditə olunmuş laboratoriyaların mütəxəssisləri tərəfindən atmosfer havasının keyfiyyətinin monitorinqi aparılır, onun nəticələri müəssisənin saytında və rəsmi sosial şəbəkələrdə yayımlanacaq”, – şirkətdən dəqiqləşdirilib.

Report.