Tatarıstanda ağır qəza: Altı nəfər həyatını itirib

Tatarıstanda ağır qəza: Altı nəfər həyatını itirib

Rusiya Federasiyasının Tatarıstan Respublikasının Zelenodolsk şəhərində baş verən ağır yol-nəqliyyat hadisəsi altı nəfərin ölümü ilə nəticələnib.

Bu barədə regional prokurorluğun “Telegram” kanalında məlumat yayılıb.

İlkin məlumatlara görə, iyulun 24-ü gecə saatlarında Voljskaya küçəsində hərəkətdə olan “Chevrolet Lanos” markalı avtomobil qəzaya uğrayıb. Nəticədə minik avtomobilinin sürücüsü və beş sərnişini aldıqları ağır xəsarətlərdən elə hadisə yerindəcə can veriblər.

Report.