“Tasnim”: Qeşm adası, Bəndər Abbas və Sirikdə partlayış səsləri eşidilib

“Tasnim”: Qeşm adası, Bəndər Abbas və Sirikdə partlayış səsləri eşidilib

ABŞ-nin hücumlarından sonra İranın Konarak liman şəhəri və Qeşm adasında partlayış səsləri eşidilib.

Konarakda 6 partlayış baş verib.

Hələlik partlayışların vurduğu zərərin həcmi və dəqiq yeri açıqlanmayıb.

“Tasnim”in müxbiri bildirib ki, saat 19:30-la 19:45 arasında Qeşm adasının cənub sahilində 8 partlayış səsi eşidilib”, – məlumatda qeyd olunub.

Qeşm hava limanına hücum rəsmən təsdiqlənməyib, Bəndər Abbas və Sirikin bəzi bölgələrində də partlayış səslərinin eşidildiyi vurğulanıb.

Report.