Tacikistanda baş verən yol qəzasında 11 nəfər ölüb

Tacikistanda baş verən yol qəzasında 11 nəfər ölüb

Tacikistanda Düşənbə-Kulyab-Xoroq trasında ağır yol-nəqliyyat hadisəsi olub, nəticədə 11 nəfər ölüb.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu gün səhər saatlarında baş verən qəzada ölənlərdən 9-u sərnişindir. Hadisənin səbəbləri müəyyənləşdirilir.

Report.