Sürücü sükan arxasında öldü

Sürücü sükan arxasında öldü

Sumqayıt şəhərində 61 yaşlı sürücü sükan arxasında vəfat edib.

Hadisə avqustun 9-u saat 14 radələrində “Qurd dərəsi” bağları yaşayış sahəsində baş verib.

Şəhər sakini 1965-ci il təvəllüdlü Çingiz Həmdulla oğlu Bayramov idarə etdiyi “BYD” markalı 77 NO 487 N-li avtomobildə ürək çatışmazlığından ölüb.

Araşdırma aparılır.

Qafqazinfo.