Supermarket işçiləri arasında dava – Bir nəfər bıçaqlandı

Supermarket işçiləri arasında dava  – Bir nəfər bıçaqlandı

Mingəçevirdə bıçaqlanma hadisəsi baş verib.

1991-ci il təvəllüdlü Vüqar Bəkirov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən 2003-cü il təvəllüdlü Oğuz rayon sakini Novruz Soltanov polis tərəfindən saxlanılıb.

Bildirilir ki, hadisədə iştirak edən şəxslər supermarket əməkdaşıdırlar.

Onların kafedə yeyib-içdikdən sonra mübahisə etdiyi və hadisənin də orada baş verməsi məlum olub.

Araşdırma aparılır.

Yunis Quliyev

Qafqazinfo.