Sumqayıtda avtomobil yanıb.
Hadisə şəhərin Sülh prospektində yanacaqdoldurma məntəqəsinin qarşısında qeydə alınıb.
Belə ki, ərazidə hərəkətdə olan “VAZ-2105” markalı minik avtomobilində yanğın baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Report.